Bakıda market qarət edilib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən marketlərin birində baş verib. Naməlum şəxs marketdən ümumi dəyəri 5 000 manat olan spirtli içkilər və tütün məmulatları oğurlayıb.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ə.Əlfəddinzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, dəfələrlə müxtəlif vaxtlarda həmin marketdən oğurluq edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda marketdən 5 min manatlıq oğurluq edildi, polis yaxaladı - VİDEO
Qaynar xətt:
(055) 224 12 12