Salyan rayonunda 34 yaşlı qadın ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə iyulun 6-da axşam saatlarında baş verib.
Rayonun Qarabağlı kənd sakini 1992-ci il təvəllüdlü Aygül Vəliyeva evində olarkən qan təzyiqi qəfil düşüb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. A.Vəliyeva xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12