Bakıda itkin düşən yeniyetmə qız Abşeron rayonu ərazisində tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xanım Bayramova ilə bağlı axtarış artıq dayandırılıb.
13:33
Bakıda yeniyetmə qız yoxa çıxıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, paytaxt sakini S.İsayev Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək qızının itkin düşdüyü barədə məlumat verib.
15 yaşlı Xanım Bayramovanın yeri barədə məlumatı olan şəxslərdən Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə, 012-440-02-02, 055-805-93-93 telefon nömrələri, həmçinin DİN-in “102” Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.