Bakıda kafedə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda 2 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, ümumi sahəsi 110 kv.m olan kafenin mətbəxində quraşdırılmış tüstü borusunun içərisinə yığılmış köhnə yağ qalıqları yanıb.
Yanğın saat 00:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
E.Ə.
www.oxu.az