Bakı Dairəvi yolunda, "Sədərək" ticarət mərkəzinin yaxınlığında “KamAZ” markalı yük avtomobilinin “MAN” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol qəzası baş verib. Nəticədə “KamAZ" markalı yuk avtomobili aşıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, qarğıdalı ilə dolu “KamAZ”in yükü yola dağılıb.
Qəza nəticəsində yolda boyük tıxac yaranıb.
Xəsarət alanlar barədə məlumat verilmir. Hadisə yerinə ərazi üzrə BDYP-nin əməkdaşları gəlib.
Faktla əlaqədar araşdırma aparılır.