Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda kişi hamamda faciəli şəkildə öldü
Bakıda kişi dəm qazından boğularaq ölüb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu, Natiq Şahbazov küçəsi, ev 5 ünvanında qeydə alınıb.
Həmin evdə yaşayan Mikayılov Əfqan Qalib oğlu mənzilin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Dəm qazından zəhərlənmə" teqi üzrə xəbərlər
Ən çox oxunanlar