Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ dövlət katibi: "Sülh razılaşması Kiyev üçün təhlükəsizlik zəmanətlərindən əvvəl bağlanmalıdır"
"ABŞ Prezidenti Donald Tramp sülh razılaşması əldə olunana qədər Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin müzakirə edilməsini mümkün hesab etmir".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ dövlət katibi Marko Rubio CNN telekanalına müsahibəsində deyib.
"Tramp dedi: "Niyə mən təhlükəsizlik zəmanətləri haqqında danışmalıyam? İmkan verin, əvvəlcə sülh razılaşmasına nail olum". Bu o demək deyil ki, təhlükəsizlik zəmanətləri danışıqların bir hissəsi kimi gündəmə gələ bilməz, amma ilk növbədə razılaşma lazımdır. Sülh razılaşmanız yoxdursa, hansı sülhə zəmanət verməyi düşünürsünüz?", - deyə o bildirib.
Marko Rubio qeyd edib ki, münaqişəyə son qoyulması üçün ilk növbədə hər iki tərəfin tələblərini dəqiqləşdirmək lazımdır.
"Rusiyaya döyüşləri dayandırmaq üçün nə lazımdır? Ukraynaya döyüşləri dayandırmaq üçün nə lazımdır? Və artıq bunu etdikdən sonra növbəti addım barədə qərar vermək, daha dəqiq desək, bu vəziyyətin iki ildən, üç ildən, beş ildən sonra bir daha təkrar olunmayacağına dair zəmanətlər üzərində işləmək mümkündür", - deyə dövlət katibi əlavə edib.
O, əmin olduğunu bildirib ki, Tramp altı aylıq və ya bir illik müddətinə atəşkəs deyil, münaqişənin tam şəkildə dayandırılmasında maraqlıdır.
"Əgər Donald Tramp sabah qərar versə ki, Ukrayna onun vecinə deyil, Rusiya onun vecinə deyil, bu müharibə onun vecinə deyil və sadəcə olaraq kənara çəkilsə, o zaman planetdə daha kimin müharibə edən tərəfləri danışıqlar masası arxasında bir araya gətirmək üçün bir faizlik olsa da şansı olar?", - deyə Marko Rubio vurğulayıb.
"Marko Rubio" teqi üzrə xəbərlər
- Tramp ABŞ-nin diplomatik nümayəndəliklərinin sayını azaldacaq
- ABŞ Kərkük-Ceyhan neft kəmərinin tezliklə işə salınmasını İSTƏYİR
- Dövlət Departamenti BMT-nin Ukrayna ilə bağlı qətnamələrini FAYDASIZ adlandırdı
- Rubio Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi perspektivindən danışıb
- "Haber Global"da ABŞ dövlət katibinin İsrailə səfərinə həsr olunan süjet yayımlanıb