Paytaxtın Nərimanov rayonunda, "Baksol" adlanan ərazidə lükə düşən kişinin kimliyi məlum olub.
Oxu.Az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, 27 yaşlı Cümşüd Cümşüdlünün ərazidən keçərkən yolda çökmə baş verdiyi və ayağı sürüşdüyü ehtimal olunur.
Ərazidə işləyənlər isə bildirirlər ki, kanalizasiya quyusu illərdir bu küçədədir.
İtkin düşən gəncin yaxınları deyirlər ki, Cümşüd Cümşüdlü ötən gün axşam saatlarında evdə olub. Ona zəng gəlib və marketə düşmək adı ilə evdən çıxıb. Ondan sonra Cümşüddən xəbər ala bilməyib polisə müraciət ediblər.
Qeyd edək ki, hadisənin 3 gün öncə baş verdiyi bilinir. Axtarış-xilasetmə işləri hələ də davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bakıda yol gedən kişi kanalizasiya lükünə düşüb.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda, "Baksol" deyilən yolda baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və müvafiq qurumların əməkdaşları cəlb ediliblər. İki gündür axtarılan şəxs tapılmır.