Suraxanı rayonu Yeni Günəşli “V” yaşayış sahəsində intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, sakinlərin Modern.az-a verdiyi məlumata görə, “V” yaşayış sahəsi, bina 6, mənzil 18-də yaşayan Anastasiya Tolpayevanın 40 yaşlarında olan oğlu Vadim özünü evin pəncərəsindən atıb.
Özünü 9-cu mərtəbədən atan kişinin hadisə yerindəcə keçindiyi bildirilib. Qonşuların sözlərinə görə, həyatına qəsd edən şəxs uzun illərdir xəstəlikdən əziyyət çəkirmiş.
Onun ruhi xəstə olduğu iddia olunur.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.
E.Ə.
www.oxu.az