Bakıda intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini, 1970-ci il təvəllüdlü Skoraboqatov Yan Valeriyeviç özünü Hövsan qəsəbəsində, Kaspar bağları adlanan yaşayış massivindəki 206 saylı həyətdə öldürüb.
Bildirilir ki, ev Y.Skoraboqatovun qeyri-rəsmi nikahda yaşadığı Larisa adlı qadına məxsus olub. Burada yaşayan 44 yaşlı kişi həyətdəki çardaqda özünü asıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.