Bakının Sabunçu qəsəbəsində əvvəllər mədəniyyət klubu kimi fəaliyyət göstərən binada yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 5000 kv.m olan, hal-hazırda sökülməkdə olan, taxta konstruksiyalardan ibarət ictimai iaşə evinin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.
İctimai iaşə evinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
09.12
Bakının Sabunçu qəsəbəsində əvvəllər mədəniyyət klubu kimi fəaliyyət göstərən binada yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, əraziyə 5 yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, 2 mərtəbəli klub hazırda fəaliyyət göstərmir. İlkin məlumata görə, müəyyən yaşayış yeri olmayan şəxslər binanın birinci mərtəbəsində gecələyir. Onların qızınmaq məqsədilə binada qaladığı ocağın yanğına səbəb olduğu ehtimal olunur.
E.Ə.
www.oxu.az