Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda koronavirusa görə bağlanan məktəbdə distant təhsil müddəti uzadıldı
Paytaxtdakı 45 nömrəli məktəbdə distant təhsilin müddəti daha 7 gün uzadılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edək ki, 45 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 24-dən distant təhsil formasında davam etdirilir.
Belə ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin distant təhsillə əvəz olunmasına qərar verilmişdi.
İlhamə Əbülfət
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər