Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda koronavirusa yoluxmanın ən yüksək olduğu rayonlar açıqlandı - RƏSMİ
Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı statistika açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, paytaxtda virusa yoluxanların 14,5 faizi Yasamal rayonunda yaşayanlardır:
“Bakı üzrə yoluxanların 13 faizi Nəsimi rayonunda, 13,5 faizi Sabunçu rayonunda, 11,1 faizi Binəqədi rayonunda, 10 faizi Xətai rayonunda, 7,4 faizi Qaradağ rayonunda, 6,4 faizi Suraxanı rayonunda, 5,9 faizi Nizami rayonunda, 10,5 faizi isə Nərimanov rayonunda yaşayanlardır”.
O qeyd edib ki, Bakı şəhərinin digər rayonlarında koronavirusa yoluxma payı üç faizdən aşağıdır.
İlhamə Əbülfət
"Bakı" teqi üzrə xəbərlər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?