Bakıda körpə ananın bətnindən ölü vəziyyətdə çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Dövlət Dəmiryolu Xəstəxanasında qeydə alınıb.
Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Kamilə Əliyeva mayın 3-ü hamiləliyin 36-cı həftəsində qarında ağrılar, qanaxma ilə xəstəxanaya daxil olub. Ananın həyatını xilas etmək üçün o, təcili qeysəriyyə əməliyyatına alınıb, ölü döl bətndən xaric edilib.
Hazırda ananın vəziyyəti qənaətbəxşdir.
İlhamə Əbülfət