Bakıda Nizami rayonunda yerləşən Babək prospektindəki körpüdə təhlükəli vəziyyət yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baku.ws məlumat yayıb.
Bildirilib ki, körpünün daşları qoparaq yola düşüb.
Bu vəziyyət həm sürücülər, həm də piyadalar üçün təhlükəli vəziyyət yaradıb.
Görüntüləri olduğu kimi təqdim edirik:
Bakıda körpüdə təhlükəli vəziyyət: Daşlar qoparaq yola tökülüb