Bakıda Aşıq Ələsgər küçəsində kişi meyiti tapılıb.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, ölən şəxs 1976-cı il təvəllüdlü Elşən Rzayevdir.
Meyitin üzərində zorakılıq əlamətləri tapılmayıb.
Tibbi ekspertiza təyin edilib.