Paytaxt ərazisində güclü külək səbəbindən aşan ağacların sayı 70-ə çatdı.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-a verilən məlumata görə, küləyin paytaxt ərazisində yaratdığı fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Aşan ağaclar 10 avtomobilə ciddi ziyan vurub.
20:53
Güclü külək Nərimanov rayonu ərazisində ağacları aşırıb.
Oxu.Az-ın məlumatına görə, rayonun Ceyhun Hacıbəyli küçəsindəki poliklinikanın yaxınlığında irigövdəli ağac aşaraq piyadaların yolunu kəsib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, güclü külək səbəbindən paytaxtda müxtəlif ünvanlarda ümumilikdə 25 ağac aşıb.
Qeyd edilib ki, hazırda aşan ağacların küçələrdən təmizlənməsi ilə bağlı əməkdaşlar tərəfindən tədbirlər görülür.
Könül Cəfərli