Bakı şəhərində külək binanın damını uçurub.
Oxu.Az-ın məlumatına görə, hadisə Nizami küçəsi 109 ünvanında baş verib.
Binanın damı uçaraq mənzillərdən birinin qarşısına düşüb. Nəticədə orada yaşayan yaşlı qadın evdən çıxa bilmir.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi, rayonlarda isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.
View this post on Instagram
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Bir gecədə qazılıb asfaltlanan yolla bağlı rəsmi açıqlama - Video
- Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı
- Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video
- 89 yaşlı qadın ehtiyatsızlıqdan zəhərlənib öldü
- Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - Video
Digər xəbərlər
