Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev prospektinin “Şəfa” stadionununun qarşısından keçən hissəsində “Lexus” markalı avtomobil işıq dirəyinə çırpılıb. Zərbənin gücündən işıq dirəyi yerindən çıxıb və yolun hərəkət zolağına düşüb. “Lexus”da olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, sürücünün idarəetməsindən çıxan avtomobil yolun ortasındakı dirəyə çırpılıb. Dirəyin yolun hərəkət zolağına düşməsi isə daha 2 avtomobilin əzilməsinə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.