Bakının əsas prospektlərindən birində yanğın hadisəsi baş verib.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, hadisə Xətai rayonu, Babək prospektində yerləşən “Forsage” mağazasında qeydə alınıb.
Yanğınla bağlı əraziyə Xətai Rayon Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən avtomobili, 20-ə yaxın şəxsi heyəti cəlb olunub.
Yanğın qısa müddətdə lokallaşdırılaraq söndürülüb.