Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda maşın ikiyə bölünərək yanıb – Foto
Bakıda avtomobil yanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpünün altında qeydə alınıb.
Hadisə yerində yanğınsöndürənlər cəlb edilib.
Yanğın “Mercedes” markalı, 10 ON 990 dövlət nömrə nişanlı avtomobildə qeydə alınıb.
Həmin avtomobil şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı dirəyə çırpılıb.
Nəticədə maşın iki yerə bölünüb və avtomobildə yanğın başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.
Hadisə yerində araşdırma aparan Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Hikmət Vəliyev bildirib ki, hadisə zamanı avtomobildə olan iki nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.