Aprelin 5-də Bakının Yasamal rayonunda yolu keçmək istəyən tələbəni maşın vurması barədə məlumat vermişdik.
Bir qədər öncə Oxu.Az-a tələbənin dünyasını dəyişməsi barədə məlumat daxil olub.
Xatırladaq ki, dəhşətli qəzada həlak olan şəxs Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şahbazlı İlkin Bəxtiyar oğludur.
17:20
Bakının Yasamal rayonunda maşınla vurulan piyadanın şəxsiyyəti müəyyənləşib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən şəxs 1999-cu il təvəllüdlü İlkin Şahbazlıdır.
O, Azərbaycan Texniki Universitetinin üçüncü kurs tələbəsi olub.
16:51
Bakının Yasamal rayonunda avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Oxu.Az xəbər verir ki, hadisə Hüseyn Cavid prospekti 37 ünvanı, Azərbaycan Texniki Universitetinin qarşısında baş verib.
Məlumata görə, vurulan şəxs 20 yaşlı oğlan olub. Onun tələbə olduğu bildirilir.
Yaralı təcili yardım maşını ilə 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb.
Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, xəstəyə açıq kəllə-beyin travması diaqnozu qoyulub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.
Onun şəxsiyyəti dəqiqləşdirilir.
Könül Cəfərli