Memar Əcəmi metrosunun arxasında yerləşən məhəllədə sakinlər qəribə bir hadisənin şahidi olublar.
Oxu.Az xəbər verir ki, Facebook sosial şəbəkəsində Sancaq qrupunda bu barədə foto paylaşılıb.
Sakinlərin sözlərinə görə, 99YP-473 nömrəli polis maşını məhəlləyə daxil olub, məhəllənin düz ortasında maşını saxlayıb reydə başlayıblar.
Onlar məhəlləyə “səhv girən” maşınları saxlayıb cərimə etməyə başlayıblar.
“Parkovka” olunan maşınların naməlum səbəblərə görə şəkillərini çəkiblər.
Bir neçə sakin (sürücülər) yol polisi işçilərinə etiraz edib:
“Sizin elədiyiniz qeyri-qanunidir, özbaşnalıqdır, hansı qanunda yazılıb ki siz məhəlləyə daxil olub hansısa maşını cərimələyə bilərsiz?”
Sakinlər şikayət edəcəklərini bildirəndən sonra yol polis maşını məhəlləni tərk edib.