Bakıda məhkum xəstəlikdən ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb.
Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək həbs edilən, 1964-cü il təvəllüdlü Fəxrəddin Qəhrəman oğlu Həsənov müalicə aldığı müəssisədə dünyasını dəyişib.
Nizami Rayon Prokurorluğundan məhkumun ölüm faktını təsdiqləyiblər.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin