Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda məktəb direktoru özünü “Ertoğrul”a bənzətdi - AÇIQLAMA + VİDEO
Bakı şəhərində fəaliyyət göstərən 124 saylı məktəbdə Novruz bayramına dair keçirilən mərasimdə direktor Adil Əliyev qırmızı rəngli xalat geyinərək, başına kral tacı qoyub.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, direktor məktəbin akt zalına daxil olan zaman şagirdlər sıraya düzülüblər.
Onun müavinləri isə şagirdlərə “Qalxın, Ertoğrul bəy gəlir” deyə göstəriş veriblər. Görüntülər sosial şəbəkədə birmənalı qarşılanmayıb.
Məsələ barədə 124 nömrəli tam orta məktəb ilə əlaqə saxladıq.
Təhsil müəssisəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Novruz bayramı ilə əlaqədar təhsil müəssisəsində təşkil olunmuş tədbirdə tarixi məzmunda şagirdlərin dünyagörüşünü genişləndirmək və onların bədii təxəyyülünü inkişaf etdirmək üçün məktəbin direktoru şagirdlərlə bərabər kiçik səhnəcikdə (10 dəqiqəlik) çıxış edib:
“Qeyd edək ki, tədbirin təşkil olunmasının əsas məqsədi məktəblilərin yaradıcılıq bacarıqlarını artırmaq, istedadlı şagirdləri aşkara çıxarmaq, onların yetkin vətəndaş kimi formalaşdırılması işinə dəstək verməkdən ibarətdir”.
Xatırladaq ki, “Ertoğrul” obrazı “TRT 1” telekanalında yayımlanan “Diriliş Ertoğrul” serialındandır.
İlhamə Əbülfət
"Adil Əliyev" teqi üzrə xəbərlər
- VI çağırış Milli Məclisin deputatı Adil Əliyevin səlahiyyətlərinə xitam verilib
- Yeni təyin olunan icra başçıları kimlərdir? - DOSYE
- Azərbaycanda yeni icra başçısı təyin edildi
- Milli Məclis növbədənkənar seçki ilə əlaqədar Prezidentə müraciət edib
- Şamaxıda püskürən vulkan təhlükəlidir? - AÇIQLAMA + VİDEO
Rəylər