Bu gündən Bakıda COVID-19 infeksiyası səbəbi ilə Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbdə iki sinif fəaliyyətini distant formada davam etdirəcək.
Oxu.Az-ın məlumatına görə, Gigiyena Epidemioloji Mərkəz təhsil ocağında tədrisin məsafədən davam etməsini məqsədəuyğun hesab edib.
Məktəbdə müəllim və şagirdlər arasında xəstəliyin geniş yayılması səbəbindən əyani tədris prosesi 7 gün müddətində distant tədrislə əvəz olunub.
İlhamə Əbülfət