Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda məktəbdə elektrikin verilməsində yaranan fasilə aradan qaldırılıb
182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
"Sabahdan etibarən məktəbdə tədris prosesi normal qaydada davam edəcək" , - idarədən bildirilib.
Bakının Binəqədi rayonunda yerləşən 182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir:
"Məktəbdə tədris prosesi davam edir".
Məlumat üçün bildirək ki, məktəbdə övladı təhsil alan valideynlər təhsil müəssisəsində üç gündür elektrik enerjisinin olmaması ilə bağlı müraciət edib.
"Bakı Şəhəri üzrə Təhsil İdarəsi" teqi üzrə xəbərlər
- Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - Araşdırmalara başlanıldı
- Təmayül siniflərdə təhsil alan şagirdlərin SAYI AÇIQLANIB
- 67 paytaxt məktəblisi olimpiadada qalib olub
- Bu il Azərbaycanda orta məktəbi qızıl və gümüş medallarla bitirənlərin SAYI AÇIQLANIB
- Bakıda iki il öncə yanmış məktəb niyə tikilib təhvil verilmir?
Rəylər