Ötən gün Bakının Xətai rayonunda 56 nömrəli məktəbin qarşısında baş verən qətlin təfərrüatı məlum olub.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, Firuz Qəmbərov küçəsində münaqişə zəminində 2008-ci il təvəllüdlü Arda Qurbanlı bıçaq xəsarəti alaraq ölüb. Hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Qüdrət Mahmudov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə şahidlərinin sözlərinə görə, insident Arda Qurbanlının Qüdrət Mahmudova söz atması ilə başlayıb.
Şahidlərdən biri hadisə ilə bağlı bunları deyib:
"Üç nəfər olublar: iki oğlan, bir qız. Qıza söz atıblar, qızın yanındakı oğlan da digərini bıçaqla vurub. Oğlanı görmüşdüm, amma tanışlığım yox idi".
Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bakıda orta məktəbin qarşısında qətl törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Oxu.Az-ın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Q.Mahmudov polis əməkdaşları tərəfindən saxlanılıb.
Samir Əli
Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib.
Oxu.Az "Bakupost"a istinadla xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.
Əraziyə polis əməkdaşları cəlb olunublar.
Hadisənin təfərrüatı hələlik məlum deyil.
TƏBİB-dən cavab olaraq bildirildi ki, dünən saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb".