Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda məktəbli qız intihara cəhd edib - TƏFƏRRÜAT + ÖZƏL
Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli məktəbdə yıxılan qızın intihara cəhd etdiyi müəyyənləşib.
Bununla bağlı Oxu.Az-a məktəbin direktoru Zakir Bayramov məlumat verib.
O bildirib ki, 2006-cı il təvəllüdlü Hacıyeva Solmaz Adil qızı məktəbə texniki işçi kimi çalışan anası Hacıyeva İlhamənin yanına gəlib:
“Həmin günü qız kitab da götürməli idi. O, naməlum səbəbdən təhsil müəssisəsinin üçüncü mərtəbəsinə qalxıb, pəncərəni açaraq, özünü atıb. Bunu şagirdlərdən biri görüb və müəllimlərə xəbər verib. Dərhal təcili tibbi yardım çağırılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib. Anasının dediyinə görə, dünən qızı ilə aralarında mübahisə olub və onu danlayıb. Qızın qolunun iç və çöl hissəsində kəsiklər və cızıqlar var. Qızla birlikdə xəstəxanaya özüm də getdim və onun müayinəsində iştirak etdim. Həkimlərin dediyinə görə, onun sol ayağında sınıq və bel nahiyəsində əziklər var, həyati təhlükəsi yoxdur. İlkin ehtimala görə, hadisəyə ailədaxili münaqişə səbəb olub. Şagird nizam-intizamlı olub. Heç kimlə problemi olmayıb”.
Hüquq-mühafizə orqanları da intihara cəhd versiyasını istisna etmir.
Könül Cəfərli
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib