Bakıda “Təmiz şəhər”ASC-nin təşəbbüsü və Heydər Əliyev adına fondun dəstəyi ilə Qala qəsəbəsində, bərk təbiətli məişət tullantılarına nəzarət layihəsi çərçivəsində “Mənim təmiz şəhərim” adlı fotosərgi açılacaq.
Oxu.Az APA-ya istinadən bildirir ki, “Mənim təmiz şəhərim” sərgisinin keçirilməsində əsas məqsəd “yaşıl fikir” təbliğatının gücləndirilməsi, ictimaiyyətin qədim tarixi və eyni zamanda da müasir dövrlə ayaqlaşan bir paytaxtda ətraf mühitin mühafizəsinə diqqətinin yönəldilməsidir.
Ötən ilin noyabr-dekabr ayında keçirilən foto-müsabiqəyə bu sahədə mövcud problemləri əks etdirən 300 fotoqrafiya təqdim edilib.
50 ən yaxşı iş seçilib və müsabiqənin nəticələrinə həsr edilmiş finala vəsiqə qazanıb.
Foto-müsabiqə “Qız qalası” qalereyasında 21, 22 və 23 fevralda keçiriləcək.