Bakı mənzillərinin birində sakinlər civə təhlükəsi ilə üzləşiblər.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.
Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.
Əməliyyat saat 12:35-də başa çatıb.