Bakıda mənzildə qadın meyiti tapılıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə 1946-cı il təvəllüdlü Kotrova Nadejda Mixaylovna bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adıçəkilən şəxsin cəsədini aşkar ediblər.
N.Mixaylovnanın cəsədi aidiyyəti üzrə təhvil verilib.