Paytaxtın Yasamal rayonunda bir avtomobil 4 minik avtomobilini əzib.
Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü əvvəlcə “Toyota", daha sonra "Nissan", "Daewoo" və "Kia" markalı nəqliyyat vasitələrinə çırpılıb.
Qəza nəticəsində “Mercedes”də olan bir nəfər sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.