Bakının Xətai rayonunda, Babək prospektində ağır yol qəzası baş verib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil mağazaya girib.
Hadisə nəticəsində 3 nəfər-satıcı, alıcı və sürücü xəsarət alıb. Sürücünün vəziyyətinin ağır olduğu və ayaqlarının sındığı bildirilir.
Mağazaya ciddi ziyan dəyib.
Faktı Nizami rayon Yol Polisinin növbətçi hissəsindən təsdiq etdilər.