Bakının məşhur məktəblərindən biri olan A.N.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasının 2-ci korpusu sökülməkdədir.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Bakının Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən Gimnaziya məktəbinin ikinci korpusu iki hissəyə bölünmüşdü. Bir hissəsi məktəb, digəri isə yataqxana kimi fəaliyyət göstərirdi.
Söküntü yerində olan iş icraçısının verdiyi məlumata görə işlər 10 gündür ki, başlanıb. Məktəbdə oxuyan şagirdlər baş korpusa köçürülüb və bundan sonra orada oxuyacaqlar. Yataqxanada qalan məcburi köçkünlərə isə mənzillərinin əvəzində pul və ya başqa yer təklif olunub.