7-ci mikrorayonda yerləşən, məşhur “Meşəbəyi” restoranında günorta başlayan yanğın söndürülüb.
Oxu.Az-ın müxbirinin sözlərinə görə, FHN-nin yanğından mühafizə dəstəsi Cəfər Xəndan küçəsində yanğını söndürməyə müvəffəq olub.
FHN əməkdaşlarından birinin verdiyi məlumata görə restoranda olan qaz balonlarının partlamasının qarşısı alınıb. Hal-hazırda restoran ərazisi polislə əhatə olunub.
Verilən məlumata görə qurban yoxdu.
15:36
Bu gün günorta saatlarında Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən restoranda güclü yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 7-ci mikrorayondakı “Meşəbəyi” restoranında güclü yanğın başlayıb.
Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
Binəqədi rayon Yanğından Mühafizə Hissəsindən bildirilib ki, Cəfər Xəndan küçəsində yerləşən restoranda açıq alovla müşahidə edilən güclü yanğın davam edir.
Hadisə yerinə digər rayonlardan da canlı qüvvə və texnika cəlb edilib. Xəsarət alanın olub-olmadığı hələlik məlum deyil.
Foto: Aliyə İsmayılzadə
www.oxu.az