Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda narkokuryerdən yeddi kiloqram marixuana götürülüb
Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat keçirib.
Oxu Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, tədbir nəticəsində 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıb. Ondan yeddi kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb. F.Şahverdiyev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, narkotikləri deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

"Səbail Rayon Polis İdarəsi" teqi üzrə xəbərlər
- Bakı sakininə qarşı 60 min dollar dələduzluq edilib
- İran vətəndaşlarından narkotik əldə edərək satmaqda şübhəli bilinən iki nəfər saxlanılıb
- Bakıda qadına tüfənglə atəş açıldı - DETALLAR
- Restoranda 12 min manatdan çox pul və qızıl oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
- Çimərlikdə qadın çantası oğurladı: ANBAAN GÖRÜNTÜLƏR