Bakıda nəqliyyatın hərəkəti iflic olub.
Oxu.Az xəbər verir ki, Neftçilər prospektindən və Qara Qarayev metrostansiyasından şəhər mərkəzinə gələn istiqamətdə nəqliyyatın hərəkətində ciddi sıxlıq müşahidə edilir.
Sözügedən istiqamətdə tıxacda qalan sürücülər 40 dəqiqədən çox yollarda hərəkətin dayandığını qeyd ediblər.
Bundan başqa, Sumqayıt-Bakı yolunda da tıxac müşahidə edilir.
Könül Cəfərli