Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda oğurluq edən şəxs saxlanılıb
Bakıda oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 25-nə keçən gecə Maştağa qəsəbəsi ərazisində “Volkswagen” markalı bir avtomobildən 7 000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ən çox oxunanlar