Bakının Babək prospektinde “VAZ 2105” markalı təhlükəli avtomobil hər kəsi pis mənada təəccübləndirib.
Bununla bağlı fotonu Nicat Nağıyev adlı oxucu Oxu.Az-a göndərib.
Oxucu bildirib ki, avtomobilin şəkli Babək prospektində çəkilib: “Belə bir maşını şəhərdə necə sürürlər, çox maraqlıdır. Bu cür avtomobil texniki baxışdan necə keçib? Onu DYP əməkdaşı saxlayıb soruşmur ki, ay bala, bu nə maşındır, bu nə yükdaşıma formasıdır?”.
Nicat Nağıyev iddia edir ki, heç bir texniki baxışa uyğun olmayan bu avtomobil ərazidə xidmət aparan DYP əməkdaşlarının yanından sürətlə keçib, lakin onu saxlayan olmayıb.
Qeyd edək ki, oxucunun göndərdiyi fotodakı “VAZ 2105” markalı avtomobilin nə arxa qabarit işıqları mövcuddur, nə də ki bu cür yük daşıması üçün xüsusi avadanlıq.
Elvin Əhmədov
www.oxu.az