Bakının mərkəzindəki əsas küçə və prospekt nəqliyyatın hərəkəti üçün bağlanıb.
APA-nın məlumatına görə, 26 İyun - Silahlı Qüvvələr günü münasibətilə keçiriləcək hərbi paradda keçid edəcək hərbi texnikanın bir hissəsi Azadlıq meydanına gətirilib.
Bununla əlaqədar paytaxtın Azadlıq meydanı istiqamətində küçə və prospektlərində - Yusif Səfərov küçəsi, Xocalı küçəsi, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti və s.-də Azadlıq meydanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bu səbəbdən paytaxtın mərkəzində, o cümlədən Heydər Əliyev prospektində nəqliyyatın böyük tıxacı yaranıb.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) APA-ya verilən məlumata görə, paytaxtın Neftçilər prospektindən Azadlıq meydanına qədər, Cavanşir körpüsündən şəhər istiqamətinə, Metronun “Koroğlu” stansiyasından Heydər Əliyev prospekti ilə üzü şəhər istiqamətində tıxac yaranıb.
Yaranan tıxacın qarşısını almaq üçün Cavanşir körpüsündə yol iki tərəfli olub.
NİİM-in sürücülərə müraciətində bildirilib ki, şəhər istiqamətinə hərəkət edərkən, paytaxtın 28 May küçəsindən istifadə etsinlər.
Foto: Hafiz Heydərov
www.apa.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin