Bakıda növbəti qəddarlıq aktı törədilib.
Oxu.Az minval.az-a istinadən xəbər verir ki, dünən Facebook sosial şəbəkəsində "Qara Qarayev" metro stansiyası, İNCİ restoranın yaxınlığından asılmış itin dəhşətli şəkili yayılıb.
Qeyd etmək lazımdır ki, dəhşətli qətl ssenarisi düşünüb-tapmış təcrübəli sadist işləyib: peşəkarcasına bağlanmış düyün və heyvanın bədənin vəziyyəti elə halda olub ki, ilgəkdən çıxmaq üçün dartınan heyvan get-gedə özünü boğub.
