Bakıda parkda baş verən yanğın söndürülüb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında istifadə olunmayan 340 kvadratmetr sahədə olan tikilinin 100 kvadratmetr sahəsi yanıb.
Alov yanğınsöndürən qüvvələri tərəfindən söndürülüb.