Bakının Badamdar qəsəbəsində baş verən partlayışın səbəbləri məlum oldu
Oxu.Az xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, partlayış təmirə dayanmış obyektdə qeydə alınıb. Həmin obyekt 2 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşir. Baş verən partlayış nəticəsində obyektin qapı-pəncərəsi dağılıb.
Obyektin sahibi Səməd Fərziyev bildirib ki, partlayış baş verən otaqda qaz xətti yoxdur. İlkin ehtimala görə, obyektin arxasında yerləşən neft quyusundan içəri qaz sızıb. Bunun nəticəsində də partlayış olub.
S.Fərziyev həmçinin qeyd edib ki, baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.
18:40
Bakıda partlayış olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 16.50 radələrində Badamdar qəsəbəsi, “Oxford” məktəbinin yaxınlığında yerləşən binada qeydə alınıb.
İlkin məlumata görə, baş verən partlayış nəticəsində 4 nəfər xəsarət alıb.
Hadisə yerinə polis, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.