Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində avtomobil yanıb.
Oxu.Az-ın məlumatına görə, yanğın 99-GU-769 dövlət qeydiyyat nişanlı, "Peugeot" markalı minik avtomobilində olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Məlumatda qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən "Peugeot" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb:
"Xəsarət alan olmayıb".
Məhərrəm Əliyev