Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda piyadanı vuran maşın zəncirvari qəzaya səbəb oldu: Ölən və xəsarət alan var
Bakının Qaradağ rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində Tahirə Mirzə qızı Əsgərova həyatını itirib.
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev verib.
"Bu gün, saat 13-də Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisindən keçən hissəsində Ordubad rayon sakini Nəcəfli Damət Elşad oğlunun idarə etdiyi "Renault" markalı, 77-CV-128 dövlət qeydiyyat nişanlı avtomobil yolu nəzərdə tutulmayan yerdən keçən 1960-cı il təvəllüdlü Tahirə Mirzə qızı Əsgərovanı vurub. Piyada hadisə yerində həyatını itirib.
Qəzadan sonra "Renault" markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan 99-UB-743 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı, 10-VM-056 dövlət qeydiyyat nişanlı "MITSUBİSHİ" markalı və 77-MG-570 dövlət qeydiyyat nişanlı "Opel" markalı nəqliyyat vasitələri zəncirvari toqquşub.
Toqquşma nəticəsində Rahim Nəriman oğlu Hüseynovun idarə etdiyi "Opel" markalı avtomobil yol kənarında dayanan Eminbəy Faiq oğlu Əlizadəni vurub. Xəsarət alan E.Əlizadə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.
APA xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Bunun ardınca daha üç maşın bir-birinə dəyib.
Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.
Rəylər