Bakı şəhərində sürücü avtomobilinin “10-NA-281” dövlət nömrəli nişanını “10-NA-201” nömrəsinə çevirib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, həmin şəxs Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis çavuşu Abbas Abbasovdur.
Hazırda avtomobili “Cərimə meydançası”nda saxlanılan polis əməkdaşını cərimə gözləyir.