Ötən gün axşam saatlarında Bakı Dəmiryol Vağzalında vətəndaşla polis əməkdaşı arasında mübahisə baş verib.
Oxu.Az-ın məlumatına görə, mübahisə qısa zamanda əlbəyaxa dava ilə nəticələnib. Dava ətrafdakı polis əməkdaşları tərəfindən sakitləşdirilib.
Hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, hadisə vətəndaşın perronda tütün məmulatlarından istifadə etməsi səbəbindən baş verib. Polis həmin şəxsə yaxınlaşaraq bunun yolverilməz oduğunu bildirib. Bu zaman həmin şəxs tabesizlik göstərib, polisi təhqir edib.
“Nəticədə C.Əsgərov saxlanılaraq Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə aparılıb. Vətəndaş barəsində toplanan materiallar məhkəməyə göndəriləcək”.
Orxan Tağıyev