Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Rəşid Behbudov küçəsində qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil yolun kənarında dayanan “Mitsubishi Pajero” markalı maşına çırpılıb.
Hadisə nəticəsində hər iki avtomobil yararsız hala düşüb. Xəsarət alanlarla bağlı məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
View this post on InstagramƏn çox oxunanlarDigər xəbərlər