YouTube-də bir sürücünün əks hərəkət zolağına keçmiş digər “sürücünü” hərəkət istiqamətini dəyişməyə necə məcbur etməsi barədə video yerləşdirilib.
Oxu.Az xəbər verir ki, videoreqistratorun çəkdiyi videodan görünür ki, sürücülərdən biri Azərbaycanın yol hərəkəti haqqında qanunlarını pozaraq və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradaraq yolun qarşı hərəkət istiqamətində çıxmış “Toyota Camry” markalı avtomobilin sürücününə yol vermir.
Belə ki, hadisə Salyan şossesində qeydə alınıb. Videodan görünür ki, şəhərə tərəf istiqamətdə yolda tıxac müşahidə olunur, hərəkət demək olar dayanıb. Və bu zaman digərlərindən “ağlı və şüuru” ilə fərqlənən digər sürücü təyinat nöqtəsinə tez çatmaq üçün yolun əks hərəkət zolağına çıxır.
Lakin onun bu istəyi o qədər də alnımır. Belə ki, videoreqistratorun olduğu maşını idarə edən qadın yol hərəkəti qaydalarını pozan sürücünün qarşısını kəsərək, bilərəkdən dayanır, onu hətta maşından çıxmağa məcbur edir.
Hadisənin videoreqistratora çəkilmiş videosunu təqdim edirik.
www.oxu.az